ABŞ-İran danışıqlarının gizli detalları ÜZƏ ÇIXDI – İtaliyan jurnalistdən EKSKLÜZİV

“Bu gün İran iqtisadi, siyasi və mənəvi böhran içində olan bir ölkədir. Rejim zəif və parçalanmış vəziyyətdədir. Korrupsiya, təzyiq və ideoloji fanatizm ölkəni təcrid etmiş və xalqı yoxsulluğa sürükləmişdir. Lakin bir ümid də var: azadlıq, ləyaqət və daha yaxşı bir gələcək arzulayan dözümlü bir xalq”. Bu fikirləri Bizim.Media -ya açıqlamasında italyan jurnalist Domeniko Letitsiya deyib. Ötən həftə ölkəsinin ev sahibliyi ilə keçirilən ABŞ-İran danışıqları, razılaşmalar və ümumi gərginliyi şərh edən jurnalist, Tehranın Vaşinqtonla razılığa gəlməli olduğuna diqqət çəkib. “Rejim tarixinin ən zəif, ən kövrək və ən qeyri-sabit dövrünü yaşayır. İran xalqı dəyişimin ən güclü qüvvəsidir. Rejimi yeni sazişlərlə legitimləşdirmək və ya müharibə riskinə getmək əvəzinə, ABŞ, İtaliya hökuməti və onların müttəfiqləri İran xalqının demokratik istəklərini dəstəkləməlidir. Rejimə təzyiqlər, İranda azadlıq uğrunda mübarizə aparanlarla açıq və aydın həmrəylik çərçivəsində həyata keç...