ABŞ-İran danışıqlarının gizli detalları ÜZƏ ÇIXDI – İtaliyan jurnalistdən EKSKLÜZİV




 “Bu gün İran iqtisadi, siyasi və mənəvi böhran içində olan bir ölkədir. Rejim zəif və parçalanmış vəziyyətdədir. Korrupsiya, təzyiq və ideoloji fanatizm ölkəni təcrid etmiş və xalqı yoxsulluğa sürükləmişdir. Lakin bir ümid də var: azadlıq, ləyaqət və daha yaxşı bir gələcək arzulayan dözümlü bir xalq”.


Bu fikirləri Bizim.Media-ya açıqlamasında italyan jurnalist Domeniko Letitsiya deyib.
 

Ötən həftə ölkəsinin ev sahibliyi ilə keçirilən ABŞ-İran danışıqları, razılaşmalar və ümumi gərginliyi şərh edən jurnalist, Tehranın Vaşinqtonla razılığa gəlməli olduğuna diqqət çəkib.


“Rejim tarixinin ən zəif, ən kövrək və ən qeyri-sabit dövrünü yaşayır. İran xalqı dəyişimin ən güclü qüvvəsidir. Rejimi yeni sazişlərlə legitimləşdirmək və ya müharibə riskinə getmək əvəzinə, ABŞ, İtaliya hökuməti və onların müttəfiqləri İran xalqının demokratik istəklərini dəstəkləməlidir.

Rejimə təzyiqlər, İranda azadlıq uğrunda mübarizə aparanlarla açıq və aydın həmrəylik çərçivəsində həyata keçirilməlidir. İranla dialoqun olmaması fikri, son illərdə həm diplomatik, həm də geosiyasi səviyyədə üzə çıxan bir neçə mühüm amilə əsaslanır”.

Domeniko Letitsiya əlavə edib ki, danışıqlarda nəticələrin əldə edilməməsində əsas səbəb həm də dini bir dövlətin olması, prezidentin ciddi söz haqqına sahib olmamasıdır:

“İranın qarışıq siyasi və qərar qəbuletmə sistemləri var. İranda hakimiyyət seçkili orqanlar (məsələn, prezident və parlament) ilə seçkisiz orqanlar (məsələn, Ali Rəhbər və Konstitusiyanı Mühafizə Şurası) arasında bölüşdürülüb. Xarici siyasət və təhlükəsizlik məsələlərində son söz Ali Rəhbərə məxsusdur. Bu da sabit dialoqu çətinləşdirir.

Üstəlik, müzakirələrdə etibarlılıq problemi də var. Qərb də daxil olmaqla müxtəlif beynəlxalq aktorlar İranı razılaşmaları pozmaqda və ya danışıqları qəsdən uzatmaqda ittiham edir. Bütün bu səbəblər isə danışıqların daha da uzadılacağını deməyə, ciddi razılaşmaların olmayacağını deməyimizə əsas verir”, - deyə Domeniko Letitsiya bildirib.

Fonte: ABŞ-İran danışıqlarının gizli detalları ÜZƏ ÇIXDI – İtaliyan jurnalistdən EKSKLÜZİV AÇIQLAMA

A cura di Domenico Letizia

Commenti

Post popolari in questo blog

L' intelligenza artificiale ci aiuta a interpretare i versi degli animali

La perfezione sui social non esiste

Character.AI: sono apparsi software di Giulia Cecchettin che simulano la sua identità e permettono di interagire con lei